AZ

ABŞ-da iki təyyarənin toqquşması nəticəsində 4 nəfər ölüb

ABŞ-da iki təyyarənin toqquşması nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Montana ştatındakı Kalispell City Hava Limanında iki təyyarənin toqquşması nəticəsində 4 nəfər ölüb.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat verib ki, dörd nəfər daşıyan “Socata TBM 700” tipli yüngül təyyarə Montana ştatının Kalispell City Hava Limanına eniş etdikdən sonra başqa bir təyyarə ilə toqquşub.

FAA-nın açıqlamasında “11 avqust bazar ertəsi günü yerli saatla təxminən 14:00 radələrində Montana ştatındakı Kalispell City Hava Limanına enən ‘Socata TBM 700’ tipli təyyarə boş vəziyyətdə olan ‘Swearingen SX-300’ tipli təyyarəyə çırpılıb. Təyyarədə olan 4 nəfər vəfat edib. FAA hadisəni araşdıracaq” deyə qeyd edilib.

Seçilən
27
2
afn.az

5Mənbələr