AZ

Tikinti işlərinin sürətlə davam etdiyi Ağdamdan FOTOREPORTAJ

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci dövlət proqramına uyğun olaraq Ağdam şəhərində 5 yaşayış məhəlləsinin tikintisi reallaşacaq.

Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sərabi Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin məhəllələrdə tikinti işləri davam edir:


 

“2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam şəhərində 2-ci yaşayış məhəlləsinin təməli qoyulub. Hazırda 2-ci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir.


2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 66 çoxmənzilli bina tikilir. Onlardan 60-ı yaşayış, 6-ı isə qeyri-yaşayış binalarıdır. Bu məhəllədə 1268 mənzil olacaq. Bu məhəllədəki binalarda 114 ədəd 1 otaqlı, 464 ədəd 2 otaqlı, 536 ədəd 3 otaqlı, 154 ədəd 4 otaqlı mənzillər olacaq. 2-ci yaşayış məhəlləsinə Ağdam sakinlərinin geri qayıdışı bu ilin sonuna kimi reallaşacaq”.


 

Leyla Sərabi qeyd edib ki, 2023-cü il dekabrın 24-də cənab Prezident Ağdam şəhərinə növbəti səfəri zamanı şəhər ərazisində 4-cü və 5-ci yaşayış məhəllələrinin təməlini qoyub:
“4-cü yaşayış məhəlləsi 14 hektara yaxın ərazidə inşa olunur.


Burada 10 kvartal üzrə 64 bina olacaq. Onlardan 47-i yaşayış, qalanları isə qeyri-yaşayış binasıdır. 4-cü yaşayış məhəlləsində 4450 nəfərdən ibarət 1080 ailənin məskunlaşdırılıması nəzərdə tutulur. Bu məhəllədəki binalarda 48 ədəd 1 otaqlı, 356 ədəd 2 otaqlı, 474 ədəd 3 otaqlı və 202 ədəd 4 otaqlı mənzillər olacaq. Bundan əlavə bu yaşayış məhəlləsində də yerüstü və yeraltı avtomobil dayanacağı yaradılacaq.

Müsahibimiz Ağdamda sakınan 5-ci yaşayış məhəlləsi ilə bağlı da məlumat verib:

 

“Şəhərdə inşaasına başlanılan 5-ci yaşayış məhəlləsi isə 12 hektardan artıq ərazidə layihələndirilib. 5-ci yaşayış məhəlləsində 12 kvartal üzrə 50 ədəd bina inşa olunacaq.


Onlardan 40 ədədi çoxmənzilli yaşayış binası, 10 ədədi isə qeyri yaşayış binasıdır. Həmin binalarda 1074 mənzil olacaq.


Mənzillərin 5 ədədi 1 otaqlı, 372 ədədi 2 otaqlı, 443 ədədi 3 otaqlı və 254 ədədi isə 4 otaqlıdır.

Bu yaşayış məhəlləsinə isə 3205 nəfərin köçürülməsi planlaşdırılır. Bundan əlavə 5-ci yaşayış məhəlləsində qeyri-yaşayış binaları da tikiləcək. Burada da uşaq meydançası, idman meydançası, istirahət meydançası və qazanxanalar olacaq”.
















Bizim.Media, Qarabağ bürosu

Seçilən
36
6
bizim.media

10Mənbələr