AZ

Azərbaycan Dəmir Yolları bu ilin 7 ayı ərzində Çindən 225 blok qatar qəbul edib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 12 avqust, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC bu ilin 7 ayı ərzində Çindən 225 blok-qatar qəbul edib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, bu göstərici üzrə ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz artım qeydə alınıb.

Qeyd olunan dövrdə ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 2 dəfə çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
10
azertag.az

10Mənbələr