ADY bu ilin 7 ayı ərzində Çindən 225 blok-qatar qəbul edib və ötən ilin eyni dövrü ilə müqayisədə 80% artım qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Qeyd olunan dövrdə ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən təxminən 2 dəfə çoxdur.