AZ

Norveç Azərbaycanlıları Gənclər Təşkilatından bəyanat

ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) təsisçisi Ramil Əliyev Norveç hökumətinə Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mövcud vəziyyətlə bağlı bəyanat ünvanlayıb.

O, Şuşa, Xankəndi və Laçın şəhərlərinə səfər etdiyini, həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin şahidi olduğunu vurğulayıb. Uzun illər davam edən erməni işğalı nəticəsində dağıdılan və ciddi ekoloji terrora məruz qalan bu bölgələrdə aparılan işlərin Azərbaycanın sülhə, dayanıqlı inkişafa və regional sabitliyə sadiqliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Bəyanatda Norveç hökumətinə və beynəlxalq ictimaiyyətə bu reallıqları nəzərə almağa, Azərbaycanla bağlı müzakirələr və qərar proseslərində balanslı və ədalətli mövqe sərgiləməyə çağırış edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
6
xalqqazeti.az

9Mənbələr