AZ

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı Norveç hökumətinə Azərbaycanla bağlı çağırış edib

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı Norveç hökumətinə Azərbaycanla bağlı müzakirələr və qərar proseslərində balanslı və ədalətli mövqe sərgiləməyə çağırış edib.

"Report" xəbər verir ki, bu barədə Təşkilat bəyanat yayıb.

Belə ki, Təşkilatın təsisçisi Ramil Əliyev Norveç hökumətinə Azərbaycanın işğaldan azad olunan ərazilərindəki mövcud vəziyyətlə bağlı bəyanat ünvanlayıb.

O, Şuşa, Xankəndi və Laçın şəhərlərinə səfər etdiyini, həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin şahidi olduğunu vurğulayıb. Uzun illər davam edən erməni işğalı nəticəsində dağıdılan və ciddi ekoloji terrora məruz qalan bu bölgələrdə aparılan işlərin Azərbaycanın sülhə, dayanıqlı inkişafa və regional sabitliyə sadiqliyinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Seçilən
9
5
report.az

9Mənbələr