Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü stasionar postda saxlanılıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, qanunsuz sərnişindaşıma həyata keçirən və yol polisinin nəzarətindən yayınmaq məqsədilə müxtəlif istiqamətlərdə torpaq yollarla hərəkət edərək daşıdığı sərnişinlərin həyatını təhlükə altına qoyan sürücü YPX əməkdaşları tərəfindən müəyyən edilərək stasionar postda saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Azər Bəhram oğlu Əliyevin törətdiyi qayda pozuntuları ilə yanaşı, nəqliyyat vasitəsini idarə etmək hüququnun da olmadığı müəyyən edilib və barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Əliyev 25 gün müddətinə inzibati qaydada həbs edilib.
“Cebheinfo.az”