AZ

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Bakı.Trend:

BMT-nin Ticarət və İnkişaf Konfransının Baş katibi RebekaAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubuünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında buyaxınlarda əldə olunmuş, münasibətlərin normallaşmasına və davamlısülhün gələcəyinə aydın yol göstərən razılaşma münasibətilə Sizə ənsəmimi təbriklərimi çatdırıram. Bu uğur həmin razılaşmanın əldəedilməsi üçün yorulmadan çalışan bütün insanların cəsarətini vəuzaqgörənliyini əks etdirən tarixi bir mərhələdir.

Sülhün faydaları siyasi sahədən çox-çox kənara çıxır.Təkmilləşdirilmiş əlaqələr, daha geniş regional inteqrasiya, açıqvə dayanıqlı ticarət yollarının təşviqi iqtisadi şaxələndirmə,davamlı artım və sosial inkişaf üçün həlledici ola bilər. BMT-ninTicarət və İnkişaf Konfransı (UNCTAD) investisiyaların təşviqinə,istehsal potensialının artırılmasına və sülhün dividendlərininbütün icmalar arasında geniş şəkildə bölüşdürülməsinə yardım etməyəhazırdır.

Sərhədlərin delimitasiyası, təhlükəsizlik sahəsində əməkdaşlıqvə davamlı sülh üçün möhkəm zəmin yaradan münasibətlərinnormallaşdırılması daxil olmaqla, sazişin müddəalarının regionudəyişdirə biləcək potensialını xüsusilə alqışlayıram.

UNCTAD-ın rəhbəri kimi mən bu sənədi təkcə diplomatik birmərhələ kimi deyil, həm də davamlı inkişafa və regional əməkdaşlığaaçılan qapı kimi görürəm. Gücləndirilmiş ticarət dəhlizləri,infrastrukturun inkişafı və iqtisadi əlaqə regionda tərəqqininsürətləndirilməsi, investisiyaların artırılması və yaşayışşəraitinin yaxşılaşdırılması üçün həyati əhəmiyyət kəsb edir. Butarixi fürsətdən faydalanmaqda liderliyinizi və baxışınızı yüksəkqiymətləndirirəm. UNCTAD bu fürsəti inklüziv və davamlı inkişafnəticələrinə çevirməkdə Azərbaycanı və daha geniş regionaltərəfdaşları dəstəkləməyə sadiq qalır. Bu istiqamətdə biz artıqSevilyada keçirilən İnkişaf üçün Maliyyələşdirmə üzrə DördüncüBeynəlxalq Konfransda çox mühüm nəticələr əldə etmiş Nizami GəncəviBeynəlxalq Mərkəzi ilə güclü və konstruktiv əməkdaşlığımızdan çoxməmnunuq. Biz daha inklüziv, dayanıqlı və davamlı inkişafı təşviqetmək məqsədilə sentyabr ayında Birləşmiş Millətlər TəşkilatınınBaş Assambleyası çərçivəsində bu təşəbbüsləri gücləndirməyisəbirsizliklə gözləyirik.

Sülh, sabitlik və ümumi firavanlığa doğru davamlı tərəqqi üçünən xoş arzularla.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm.”

Seçilən
25
4
az.trend.az

7Mənbələr