Bakı. Trend:
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi VladankaAndreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verirki, məktubda deyilir:
"Zati-aliləri.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyiadından Sizə Ermənistanın Baş naziri Nikol Paşinyan ilə BirgəBəyannamənin uğurla imzalanması münasibətilə səmimi təbriklərimiçatdırıram. Bu mühüm razılaşma Azərbaycan ilə Ermənistan arasındamünasibətlərin normallaşmasında tarixi mərhələdir, eyni zamanda,Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunmasını vədedir.
Birləşmiş Millətlər Təşkilatı regionda sülhün, dialoqun vəetimadın qurulmasına yönəldilmiş bütün səyləri qətiyyətlədəstəkləyir. Biz həm Sizin, həm də Baş nazir Paşinyanın davamlıdialoqa sadiqliyinizi, eləcə də uzun müddətdir davam edənməsələlərin sülh yolu ilə həlli istiqamətində cəsarətinizi vəliderliyinizi təqdir edirik.
Bu xoş fürsətdən istifadə edərək, Birləşmiş MillətlərTəşkilatının Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığının xüsusilə dəBMT-nin 2026–2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf üzrəƏməkdaşlığa dair Çərçivə Sənədinin həyata keçirilməsi vasitəsilədavam etdirilməsinə olan möhkəm sadiqliyini bir daha vurğulayıram.Hazırda Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq şəraitindəhazırlanmaqda olan Əməkdaşlığa dair Çərçivə Sənədi milli inkişafprioritetləri və Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi ilə uyğunşəkildə davam edəcəkdir.
Bu sənəd Azərbaycanın inklüziv sosial-iqtisadi inkişafına,iqlimlə bağlı fəaliyyətinə və davamlı sülhə dəstək verən stratejiəməkdaşlıq üçün platforma rolunu oynayacaqdır.
Bu tarixi nailiyyət münasibətilə Sizi bir daha təbrik edirəm.Birləşmiş Millətlər Təşkilatı Cənubi Qafqazda sülhün,təhlükəsizliyin və davamlı inkişafın dəstəklənməsi, xüsusilə davamedən təşəbbüslərdə qadınların və gənclərin əsas rol oynamalarınıntəmin olunması istiqamətində Azərbaycana dəstəyini davam etdirməyəhazır olduğunu bildirir."