AZ

Ölüm xəbəri yayılan Azər Axşamdan AÇIQLAMA

  Ölüm xəbəri yayılan aparıcı-aktyor Azər Axşam (Şabanov) açıqlama verib.

Referans xəbər verir ki, Azər Axşam yalan məlumat yayan müxbirləri tənqid edib. 

"Hər şey yaxşıdır. Narahat olan dostlara dərin təşəkkürümü bildirirəm. Ölüm haqdır. Allahın əlində olan bir şeydir. Adam məlumatı dəqiqləşdirər, sonra verər. Allah bizi savadsız düşüncəyə sahib olan, dünyagörüşü olmayan insanlardan qorusun. Həyat davam edir. Göydəki nöqtəni qoymayana qədər...", - deyə aktyor qeyd edib. 

Qeyd edək ki, Azər Axşamın fotosu paylaşılaraq Azər Qurbanov adlı şəxsin ölüm xəbəri yayılıb.   

Seçilən
55
11
referans.az

10Mənbələr