Ölüm xəbəri yayılan aparıcı-aktyor Azər Axşam (Şabanov) açıqlama verib.
Yenisabah.az xəbər verir ki, Azər Axşam yalan məlumat yayan müxbirləri tənqid edib.
"Hər şey yaxşıdır. Narahat olan dostlara dərin təşəkkürümü bildirirəm. Ölüm haqdır. Allahın əlində olan bir şeydir. Adam məlumatı dəqiqləşdirər, sonra verər. Allah bizi savadsız düşüncəyə sahib olan, dünyagörüşü olmayan insanlardan qorusun. Həyat davam edir. Göydəki nöqtəni qoymayana qədər...", - deyə aktyor qeyd edib. Dördpendirli pizza
Qeyd edək ki, sosial şəbəkələrdə Azər Axşamın fotosu paylaşılaraq Azər Qurbanov adlı şəxsin ölüm xəbəri yayılmışdı.
Telegram kanalımız