Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
QOL.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçına çıxır.
Qurban Qurbanovun komandası Bakıda "Şkendiya"nı qəbul edir. Görüşü niderlandlı tanınmış referi Denni Makkeli idarə edir. Şimali Makedoniyada keçirilən ilk görüşdə rəqibini 1:0 hesabı ilə üstələyən Ağdam təmsilçisi Avropanın 1 nömrəli klub turnirinin pley-off mərhələsinə çıxmaq üçün daha şanslı görünür.
Qeyd edək ki, “Qarabağ” - “Şkendiya” cütünün güclüsü Çempionlar Liqasının pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub tərəf də Avroliqanın pley-offunda həmin cütdə uduzan tərəflə qarşılaşacaq.
12 avqust
UEFA Çempionlar Liqası
3-cü mərhələ, cavab oyunu
20:00. “Qarabağ” (Azərbaycan) - “Şkendiya” (Şimali Makedoniya) - 5:1 (İkinci hissə)
Qollar: Tamba, 10 (0:1), Keyk, 16 - avtoqol (1:1), Kadi Borqes, 18 (2:1), Nəriman Axundzadə, 33 (3:1), Marko Yankoviç, 35 (4:1) - pen; Leandro Andrade, 59 (5:1)
İlk oyun - 1:0
Hakimlər: Denni Makkeli, Hessel Steeqstra, Yan de Vries (Niderland)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu