AZ

Rövşən Nəcəf "Qarabağ"ı təbrik etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb:
“Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”.
Xatırladaq ki, “Qarabağ” “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. İlk oyunda isə Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.
Seçilən
34
50
football-plus.az

10Mənbələr