AZ

AFFA prezidentindən "Qarabağ"a təbrik

AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib.

Sportal.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb:

“UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Şkendiya" klubuna qalib gələrək turnirin pley-off mərhələsinə yüksələn “Qarabağ" komandasını ürəkdən təbrik edir, qarşıdakı oyunlarda yeni qələbələr diləyirəm”.

Xatırladaq ki, “Qarabağ” “Şkendiya”nı 5:1 hesabı ilə məğlub edib. İlk oyunda isə Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.

saytlarin hazirlanmasi

Seçilən
37
50
sportal.az

10Mənbələr