"Barselona"nın yarımmüdafiəçisi Dani Olmo komanda ilə məşqlərə başlayıb.
90deqiqe.Az-ın “EasportsRAC1”ə istinadən məlumatına görə, futbolçu səhhətindəki bütün problemləri həll edib və “blauqrana” ilə məşqlərə başlayıb.
Ötən mövsüm 27 yaşlı Olmo bütün turnirlərdə 39 matçda meydana çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə edib. İspan futbolçunun "Barselona" ilə müqaviləsi 2030-cu ilə qədər nəzərdə tutulub.Transfermarkt mütəxəssisləri futbolçunun qiymətini 60 milyon avro qiymətləndirir. Avqustun 16-da “Barselona” səfərdə “Malyorka” ilə qarşılaşacaq. La Liqanın ilk turu Moskva vaxtı ilə saat 20:30-da başlayacaq.