Vaşinqton, 12 avqust , AZƏRTAC
Prezident Tramp sülhü prioritet edərək, razılaşmalar əldə etmək istədiyini bildirir.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. Onun sözlərinə görə, son zamanlar olan sülh razılaşmaları Trampın xidmətləridir:
“O, sülhün prezidenti olmaq istədiyini bəyan etdi. Beləliklə, hər hansı bir dəyişiklik edə biləcəyimiz bir münaqişə gördükdə, işə qarışırıq və bu baxımdan yaxşı uğur qazanırıq. Hindistan - Pakistan, Tailand - Kamboca, bir neçə gün əvvəl Azərbaycan və Ermənistanla sülh sazişi buna misaldır”, - deyə Rubio əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton