Bakı. Trend:
Prezident Donald Tramp sülhü prioritet edərək, razılaşmalar əldəetmək istədiyini bildirir.
Trend-inməlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, son zamanlarda əldə olunan sülhrazılaşmaları Trampın fəaliyyətinin nəticəsidir.
“O, sülhün prezidenti olmaq istədiyini bəyan edib. Beləliklə,hər hansı bir dəyişiklik edə biləcəyimiz münaqişə gördükdə, işəqarışırıq və bu baxımdan yaxşı uğur qazanırıq. Hindistan –Pakistan, Tailand – Kamboca, eləcə də bir neçə gün əvvəl Azərbaycanvə Ermənistan arasında imzalanmış sülh sazişi buna misaldır”, –deyə Rubio əlavə edib.