AZ

Çempionlar Liqası: “Fənərbağça” “Feyenoord”u darmadağın edərək, pley-off mərhələsinə vəsiqə qazanıb

Bakı, 12 avqust, AZƏRTAC

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Niderlandın “Feyenoord” klubunu qəbul edib. İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan meydan sahibləri məğlubiyyətin əvəzini çıxa bilib. Rotterdam təmsilçisinə 5:2 hesabı ilə qalib gələn “Fənərbağça” adını pley-off mərhələsinə yazdırıb. Türkiyə klubunun heyətində qolları Arçi Braun, Con Duran, Fred, Yussuf En-Nesiri və Anderson Taliska vurublar.

“Fənərbağça” növbəti raundda "Benfika" - "Nitsa" cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
24
2
azertag.az

4Mənbələr