UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” doğma meydanda Niderlandın “Feyenoord” klubunu qəbul edib. İlk matçda rəqibinə 1:2 hesabı ilə uduzan meydan sahibləri məğlubiyyətin əvəzini çıxa bilib. Rotterdam təmsilçisinə 5:2 hesabı ilə qalib gələn “Fənərbağça” adını pley-off mərhələsinə yazdırıb.
“Fənərbağça” növbəti raundda "Benfika" - "Nitsa" cütünün qalibi ilə qarşılaşacaq.