AZ

“Qarabağ”dan dördüncü…

Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" da cavab matçına çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Şkendiya"nı qəbul edib. Görüşü niderlandlı tanınmış referi Denni Makkeli idarə edib.

Matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, bu qələbə sayəsində “Qarabağ” tarixində 4-cü dəfə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

Ağdam təmsilçisi daha əvvəl 2017/18, 2022/23 və 2024/25 mövsümlərində də ÇL-də “pley-off”da oynamışdı.

Eyni zamanda bu qələbə ilə Qurban Qurbanovun komandası Avropa Liqasının Liqa mərhələsini təmin edib.

Seçilən
42
10
sportinfo.az

10Mənbələr