"Qarabağ" Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda Şimali Makedoniyadan "Şkendiya"nı qəbul edəcək.
Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu bu gün oyunöncəsi son məşqinə çıxıb.
"Qarabağ" - "Şkendiya" qarşılaşması bu gün saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Skopyedə baş tutan ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.