AZ

“Qarabağ”la oyunda “hoqqa” verdilər, UEFA araşdırmaya başladı

Şimali Makedoniyadan “Şkendiya” ilə bağlı araşdırmaya başlanılıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçirilən ilk oyunda azarkeşlərin davranışı olub.

Matç zamanı anti-alban şüarları səsləndirilib ki, bu da ciddi narazılığa yol açıb. Xüsusən də “Ballistet” azarkeş qrupunun səsləndirdiyi şüarlara görə Şimali Makedoniyanın Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.

Skopye İctimai Təhlükəsizlik Xidməti prokurorluqla birlikdə təqdim edilən materiallarla bağlı prosedura start verib.

Skopyedəki matçda “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Komandalar arasında cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Seçilən
92
49
sportinfo.az

10Mənbələr