AZ

Cəlilabad və Masallıda bələdiyyə fəaliyyətinin genişləndirilməsi mövzusunda təlimlər keçirildi - FOTOLAR

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihəsinin növbəti tədbiri 2025-ci il 5 avqust tarixində Cəlilabad rayonu Heydər Əliyev Mərkəzinin zalında keçirildi.

QHT.az xəbər verir ki, tədbirdə 18 nəfər iştirak etdi. İştirakçılar əsasən Cəlilabad rayon bələdiyyə nümayəndələrindən ibarət idi. Təlimi Cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva apardı.

Eyni zamanda, tədbirdə 20 nəfər iştirak etdi. İştirakçılar əsasən Masallı rayon bələdiyyə nümayəndələrindən ibarət idi. Təlimi yenə də Əntiqə Qurbanova və Nabat Qəniyeva həyata keçirdi.

Layihənin 2-ci mərhələsi tədbirin 1-ci mərhələsinin qısa xülasəsi – iştirakçıların iştirakı ilə başladı. Daha sonra 1-ci mərhələnin sonunda ev tapşırığı olaraq verilən işlərin təqdimatı ilə davam etdi. Təqdim olunan 3 layihə qrup tərəfindən müsbət qarşılandı.

Aşağıdakı mövzular üzrə təlimçi Əntiqə Qurbanova geniş məlumat verdi:

  • sosial problemlərin həllinə əhalinin cəlb edilməsi;

  • insan haqlarının, xüsusilə qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması (qadınlara pozulmuş hüquqlarının müdafiəsində necə köməklik edilə biləcəyi).

Sonra iştirakçılar mövzular ətrafında geniş müzakirələr apardılar və bu sahədə öz təcrübələrini bölüşdülər. Qadın bələdiyyə sədrlərinə bələdiyyələrdə “qadın otaqlarının” yaradılması tövsiyə olundu. Onlara məişət zorakılığı qurbanlarına necə kömək edə biləcəkləri barədə də məlumat verildi. Qeyd edildi ki, Azərbaycan Respublikasının "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun, məişət zorakılığının fiziki, psixoloji, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

Təlimin növbəti hissəsində “donorlar niyə sizə maliyyə vəsaiti verməlidir?” mövzusunda kiçik qruplarda iş aparıldı. İştirakçılar 4 qrupa bölündülər. Qruplar bələdiyyə, fond və yerli sahibkarlardan ibarət formalaşdı. Təlimçi izah etdi: “Hər qrupun üzvləri birgə müzakirə edəcək, bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə quracaq, onları öz ideyalarına necə inandıracaq və bu ideyaları necə təqdim edəcəklərini planlaşdıracaqlar”.

Qrup üzvləri birlikdə işlədilər və hər qrupdan bir nəfər sahibkar və ya fond rəhbəri ilə birgə təqdimat etdi.

Tədbir çərçivəsində iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

Seçilən
12
6
qht.az

10Mənbələr