AZ

Cəlilabadda bələdiyyə fəaliyyəti mövzusunda təlim keçirilib

D. Əliyeva adına  Azərbaycan Qadınlarının Hüquqlarının  Müdafiə Cəmiyyəti İctimai Birliyinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı   layihəsinin növbəti tədbiri  2025 ci il 05 avqust  tarixində Cəlilabad   rayonu Heydər Əliyev  Mərkəzinin   zalında   keçirildi.

Tədbirdə KOBİA nən nümayəndəsi  Mirzəyev  Sabir  və Üçtəpə  Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri  Əmrah Quliyev iştirak edirdilər.

Tədbirdə 23  nəfər iştirak etdi.İştirakçılar əsasən Cəlilabad rayon bələdiyyə nümayəndələrindən ibarət idi.   Təlimi cəmiyyətin təlimçilərindən Əntiqə Qurbanova və Nabat Qəniyeva  apardı.

Layihənin  2 –ci  mərhələsi  tədbirin 1-ci mərhələsinin qısa xülasəsi –iştirakçıların iştirakı ilə  başladı. Sonra 1-ci mərhələnin sonunda  evə verilən tapşırıqların təqdimatı ilə davam etdi. 4 layihənin təqdimatı  qrup tərəfindən müsbət qarşılandı.

Aşağıdakı mövzularla bağlı təlimçi Əntiqə Qurbanova  geniş məlumat verdi.

  •  sosial problemlərin həllinə əhalinin cəlb edilməsi,
  • Insan haqlarının, xüsusən,  qadın haqlarının müdafiəsində bələdiyyələrin rolunun artırılması(qadınlara pozulmuş hüquqlarının müdafiəsində  necə köməklik edəcəklər).

Sonra  iştirakçılar  geniş müzakirələr apardılar və onlar  bu sahədə öz təcrübələrini də   paylaşdılar . Qadın bələdiyyə sərdlərinə  bələdiyyələrdə qadın otqalarının yaradılması  tövsiyyə olundu. Onlara  məişət qurbanlarına  necə kömək edə bilmələri haqda  da məlumat verildi. İzah edildi ki,  Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu məişət zorakılığının qarşısının alınması, zorakılıqdan zərərçəkmiş şəxslərin müdafiəsi və zorakılıq törədənlərin məsuliyyətə cəlb edilməsi üçün hüquqi baza yaradır. Bu qanun, məişət zorakılığının fiziki, psixi, cinsi və iqtisadi formalarını əhatə edir və ailə üzvlərini, o cümlədən uşaqları qoruyur.

Kiçik qruplarda iş– donorlar niyə sizə maliyyə vəsaiti verməlidir (sualı).

İştirakçılar 4 qrupa bölündülər.

İştirakçılar  bələdiyyə,  fond, yerli sahibkarlardan ibarət qruplara  bölündülər.

Təlimçi izahat verdi. “Hər qrupun  üzvləri birgə müzakirə edəcək. Bələdiyyə üzvləri fond rəhbərliyi ilə necə əlaqə quracaq və onları öz ideyalarına necə inandırıb, ideyalarını necə sata biləcəklər”.

Qrup üzvləri birlikdə işlədilər və hər qrupdan bir nəfər və sahibkar və ya  fond rəhbəri birlikdə təqdimat etdilər.

Tədbirdə iştirakçılar  üçün çay və şirniyyat süfrəsi təşkil edildi.

AzPost.az

Seçilən
0
6
azpost.info

10Mənbələr