AZ

Tramp Zelenski ilə distant formada görüşəcək

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Jey Di Vens avqustun 13-də Ukrayna lideri Volodimir Zelenski və Aİ liderləri ilə distant formada danışıqlar aparacaq.Demokrat.az-ın məlumatına görə, bu barədə NBC xəbər verib.Görüş iki mərhələdə keçiriləcək: əvvəlcə Aİ Zelenski ilə danışıqlar aparacaq, sonra Amerika nümayəndə heyəti qatılacaq. Daha sonra Zelenski tərəfdaş ölkələrlə ayrıca görüş keçirəcək.“Danışıqlar Alyaskada keçiriləcək Tramp-Putin sammiti öncəsidir və burada hərbi əməliyyatların dayandırılması müzakirə olunacaq”, - NBC iddia edir.Donald Tramp və Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək.Danışıqların əsas mövzusu Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli sülh yolu ilə nizamlanmasının axtarışıdır. Rəsmi Moskva Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
9
demokrat.az

10Mənbələr