AZ

Tramp Zelenski ilə distant formada görüşəcək

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens avqustun 13-də Ukrayna lideri Vladimir Zelenski, eyni zamanda AB liderləri ilə distant formada danışıqlar aparacaq.

Aktual.az  xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Bildirilib ki, görüş iki mərhələdə keçiriləcək:

"Əvvəlcə AB Zelenski ilə danışıqlar aparacaq, sonra Amerika nümayəndə heyəti qatılacaq. Daha sonra Zelenski tərəfdaş ölkələrlə ayrıca görüş keçirəcək. Danışıqlar Alyaskada keçiriləcək Tramp-Putin sammiti öncəsidir və burada hərbi əməliyyatların dayandırılması müzakirə olunacaq”.

Qeyd edək ki, Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin avqustun 15-də Alyaskada görüşəcək.

Seçilən
24
10
ulusum.az

10Mənbələr