AZ

Xarab olmayan avtomobil: əfsanə, yoxsa marketinq fırıldağı? FOTO

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

XX əsrdə alıcı cəlb etmək üçün marketoloqlar avtomobilin qənaətcilliyini önə çəkirdilər. İndi isə təbliğat bir qədər dəyişib.

Təzə avtomobili satmaq üçün “filan detal ömürlükdür”, “bu hissənin təmirə ehtiyacı yoxdur” və sair kimi əfsanələr danışılır və kütlə inandırılır.

Bəs reallıqda heç bir zaman sıradan çıxmayacaq detal və ya qovşaq hazırlamaq mümkündürmü? 

Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, avtomobilin hər bir detalı istehsal olunarkən müəyyən dövr ərzində işləməsi nəzərdə tutulur.

Doğrudur, sürücünün səliqəsindən, yanacağın və yolların vəziyyətindən, texniki xidmət səviyyəsindən asılı olaraq eyni model avtomobildə bir mühərrik 200 min kilometr, digərində 500 min kilometr qət edə bilər.

Hamının yaxşı tanıdığı “Prius”ların tormoz qəlibləri Bakıda 30-40 min kilometrdə dəyişdirildiyi halda, Avropada 300 min kilometrədək istifadə edilə bilir. 

Lakin bu, heç də o demək deyil ki, detalların istismar müddəti və resursu sonsuzdur. İstismar olunan detalın aşınması sırf mexaniki prosesdir.

Bunun qarşısını almaq mümkün olmasa da, prosesi ləngitmək mümkündür. Məsələn, mühərrikin yağını və filtrlərini vaxtı-vaxtında dəyişməklə bahalı təmirdən yayınmaq mümkündür.

Eyni hal ötürmələr qutusuna da aiddir. Yaxud, kəskin tormozlamadan qaçmaqla əyləc və asqı sisteminin ömrünü uzatmaq olar. 

Əgər sürücü xırda xərclərdə qənaət etmək fikrinə düşərsə, o zaman böyük xərclər və günlərlə piyada qalmaq qaçınılmazdır. Xırda xərclər dedikdə yağ, antifriz, filtr, alışdırma və qızdırıcı şamlar, tormoz qəlibləri kimi tez sıradan çıxan detalların saxta və ucuzunu almaq, aşağı oktanlı benzindən istifadə nəzərdə tutulur. Lakin bir fakt faktlığında qalır ki, “əbədi və təmir olunmayan” avtomobil mövcud deyil. İstismar olunmadıqda belə, avtomobildə aşınma gedir. Marketinq nağılları isə kifayət qədər inandırıcı danışıldığı üçün çoxlarını aldada bilir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
50
avtosfer.az

10Mənbələr