Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
II Liqa klublarının maddi-texniki bazasına dəstək məqsədilə PFL hər bir kluba 2025–2026-cı illər mövsümü üçün 20 ədəd futbol topu hədiyyə edəcək.
İdman.biz xəbər verir ki, yeni mövsümdə II Liqa komandaları “Adidas Tiro Pro” markalı toplardan istifadə edəcəklər.
“Adidas Tiro Pro” FIFA-nın ən yüksək keyfiyyət reytinqinə malik olan toplardan biridir. Ənənəvi 32 lövhəli dizayna sahib bu top innovativ TSBE texnologiyası ilə hazırlanıb.
Qeyd edək ki, lövhələr bir-birinə termal üsulla birləşdirildiyindən top daha az nəm hopdurur və daha dəqiq uçuş trayektoriyasına malik olur.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.