AZ

Həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısında

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Ziyəddin Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti iclas avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.

Gənclər yataqxanasında yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektik naqili ilə qəsdən boğularaq öldürülmesi barədə polisə məlumat verilib. İlkin araşdirmalarla məlum olub ki, əvvəl Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən 2 ay əvvəl Bakıya gəlibmiş.

Ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ziyəddin Quliyev hadisədən sonra könüllü polisə təslim olunub 

Onun barəsində CM-nin (qəsdən adamöldurmə xüsusi amansizlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Seymur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
4
unikal.az

7Mənbələr