AZ

Bakıda qadın elektrik naqili ilə boğularaq öldürülüb

ain.az, Oxu.az saytına istinadən bildirir.

Bakıda həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işinin məhkəmə hazırlıq iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Ziyəddin Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Növbəti iclas avqustun 27-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 20-də Bakının Əhmədli qəsəbəsində baş verib.

Gənclər yataqxanasında yaşayan 25 yaşlı Aysel Qurbanovanın elektrik naqili ilə qəsdən boğularaq öldürülməsi barədə polisə məlumat verilib.

İlkin araşdırmalarla məlum olub ki, əvvəl Rusiyada yaşayan Ziyəddin Quliyev hadisədən iki ay əvvəl Bakıya gəlibmiş.

Onun ailə münaqişəsi zəminində həyat yoldaşı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ziyəddin Quliyev hadisədən sonra könüllü polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin (qəsdən adamöldürmə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Elgün Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
1
oxu.az

7Mənbələr