AZ

Mərkəzi Bank Azərbaycanın inflyasiya proqnozlarını yeniləyib

Bakı. Trend:

İyul proqnozlarına əsasən 2025 və 2026-cı illərdə illikinflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağıproqnozlaşdırılır.

Trend AMB-yəistinadən xəbər verir ki, iyul proqnozuna görə inflyasiya 2025-ciildə 5.7% təşkil edəcək.

Bildirilib ki, 2025-ci ilin illik inflyasiya proqnozuna dövlətistehlakı 0.50 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.26 faizbəndi, kənd təsərrüfatı istehsalçıları qiymətləri (KİQİ) 3.17 faizbəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.78 faiz bəndi artırıcıtəsir edəcək. NEM-in -0.70 faiz bəndi və digər amillərin -1.31 faizbəndi azaldıcı töhfəsi gözlənilir.

Qeyd edilib ki, iyul proqnozuna əsasən 2026-cı ilə inflyasiyanın5.3% təşkil edəcəyi gözlənilir.
"2026-cı ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı0.35 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.28 faiz bəndi,KİQİ 2.23 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 1.92 faizbəndi və digər amillər 1.80 faiz bəndi artırıcı, NEM isə -2.27 faizbəndi azaldıcı təsir edəcək. Proqnozların reallaşması bir sıraxarici və daxili amillərin dəyişimindən asılı olacaq", - məlumatdavurğulanıb.

"Qlobal iqtisadiyyatda geosiyasi gərginliyin yüksək qalması,qlobal fraqmentasiya şəraitində mühüm ticarət marşrutlarındayaranan maneələr və qeyri-müəyyənliyin davam etməsi əmtəəqiymətlərinin yüksəlməsinə və qlobal inflyasiya proseslərininsürətlənməsi fonunda idxal inflyasiyası vasitəsilə ölkədaxiliinflyasiyaya artırıcı təsir göstərməsinə səbəb ola bilər. Eynizamanda, qlobal iqlim dəyişiklikləri məhsuldarlığa və qlobal ərzaqistehsalına təsir edə bilər. Daxili faktorlardan inflyasiyanıartıra biləcək başlıca risk isə yerli xərc amillərinin və məcmutələbin izafi artımı ilə əlaqədardır", - məlumatda bildirilib.

Vurğulanıb ki, potensial riskləri nəzərə alaraq ortamüddətlidövrdə büdcə xərclərinin və kreditqoyuluşlarının inflyasiyayatəsirləri xüsusi diqqətdə saxlanılmalıdır.

2025-ci ilin I yarımilliyində inflyasiya gözləntiləri sektorlarüzrə fərqli istiqamətlərdə dəyişib. Mərkəzi Bank tərəfindən həyatakeçirilən real sektorun monitorinqinin nəticələrinə əsasən ötənilin müvafiq dövrünə nisbətən sahələr üzrə gözləntilərdə azalmaqeydə alınıb.

Sənaye və xidmət sektorları üzrə növbəti 3 aylıq dövrdəki qiymətgözləntiləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxınazalıb. Tikinti sektorunda cüzi azalma qeydə alınıb. Ticarətsektoru üzrə göstəricilər isə azalmaqla bərabər mənfi zonadaqalmağa davam edib. Sənaye sektorunda qiymət indeksi iyun ayında0.94 (ötən ilin müvafiq dövrü 1.85), ticarətdə -5.13 (ötən ilinmüvafiq dövrü -2.89), tikintidə 3.15 (ötən ilin müvafiq dövrü3.59), xidmət sektorunda isə 10.95 (ötən ilin müvafiq dövrü 19.63)olub.

Məqalədə:
Seçilən
38
7
az.trend.az

9Mənbələr