AZ

Azərbaycanda 2025-2026-cı illər inflyasiya proqnozu açıqlanıb

İyul proqnozlarına əsasən 2025 və 2026-cı illərdə illik inflyasiyanın hədəf diapazonu daxilində (4±2%) qalacağı proqnozlaşdırılır.

Finss.az AMB-yə istinadən xəbər verir ki, iyul proqnozuna görə inflyasiya 2025-ci ildə 5.7% təşkil edəcək.

Bildirilib ki, 2025-ci ilin illik inflyasiya proqnozuna dövlət istehlakı 0.50 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.26 faiz bəndi, KİQİ 3.17 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 2.78 faiz bəndi artırıcı təsir edəcək, NEM -0.70 faiz bəndi və digər amillər -1.31 faiz bəndi azaldıcı təsir göstərəcək.

Qeyd edilib ki, iyul proqnozuna əsasən 2026-cı ildə inflyasiyanın 5.3% təşkil edəcəyi gözlənilir.

2026-cı ilə proqnozlaşdırılan illik inflyasiyaya dövlət istehlakı 0.35 faiz bəndi, ev təsərrüfatlarının istehlakı 1.28 faiz bəndi, KİQİ 2.23 faiz bəndi, ticarət tərəfdaşlarında inflyasiya 1.92 faiz bəndi və digər amillər 1.80 faiz bəndi artırıcı, NEM -2.27 faiz bəndi azaldıcı təsir göstərəcək.

Qlobal geosiyasi gərginlik, ticarət marşrutlarındakı maneələr və iqlim dəyişiklikləri idxal inflyasiyası vasitəsilə ölkədaxili inflyasiyaya artırıcı təsir göstərə bilər. Daxili risklər isə yerli xərc amillərinin və məcmu tələbin izafi artımı ilə bağlıdır.

Potensial riskləri nəzərə alaraq ortamüddətli dövrdə büdcə xərcləri və kreditqoyuluşlarının inflyasiyaya təsirləri xüsusi diqqətdə saxlanılmalıdır.

2025-ci ilin I yarımilliyində inflyasiya gözləntiləri sektorlar üzrə azalıb. Sənaye və xidmət sektorlarında qiymət gözləntiləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyə yaxın azalıb. Tikinti sektorunda cüzi azalma, ticarət sektorunda isə mənfi göstəricilər davam edib.

İyun ayında sənaye sektorunda qiymət indeksi 0.94, ticarətdə -5.13, tikintidə 3.15, xidmət sektorunda isə 10.95 olub.

Fuad Mədətov
Finss.az

Əlavə bax: Onlayn kreditlə sürətli və rahat maliyyə həlli

Seçilən
1
7
fins.az

9Mənbələr