AZ

Türkiyənin Balıkesir vilayətində yenidən zəlzələ olub

Bu gün yerli vaxtla saat 12:11-da Balıkesirin Sındırqı rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ 8,4 km dərinlikdə baş verib.

Xatırladaq ki, avqustun 10-da Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ baş verib. Baş verən zəlzələ nəticəsində bir bina çöküb,1 nəfər ölüb, 29 nəfər xəsarət alıb.

Seçilən
63
4
sitat.info

10Mənbələr