Bu gün Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4 maqnitudalı zəlzələ olub.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ 8,4 km dərinlikdə baş verib.
Xatırladaq ki, avqustun 10-da Balıkesir vilayətinin Sındırgı rayonunda 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.