Yaxın vaxtlarda Təhsilin İnkişafı Fondu təhsil işçiləri üçün yeni çoxfunksional kart istifadəyə veriləcək.
Yenisabah.az modern.az-a istinadla xəbər verir ki, kart sahibi onu əməkhaqqı kartı, giriş/çıxış kartı, debet kartı, "apple pay" və "google pay" ödənişləri, nağdsız ödənişlər üçün istifadə edə biləcək, "Mastercard priceless specials" platforması çərçivəsində müxtəlif endirimlərdən yararlana biləcəklər.
Hazırda texniki detallar üzərində işlər aparılır. Marqarita pizza
Məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulan kart pillələr üzrə yeni tədris ilindən etibarən istifadəyə veriləcək.
"İstiqamətlərimizə kafe və restoranlar, iaşə obyektləri, geyim və ərzaq mağazaları, gözəllik, sağlamlıq və tibbi xidmət mərkəzləri və s. daxildir", - Təhsilin İnkişaf Fondundan bildirilib.
Telegram kanalımız