AZ

Ermənistan və Azərbaycanın Rusiyanın təsirindən çıxması... Saakaşvili

ain.az, Mia.az portalına istinadən məlumat verir.

Gürcüstanın sabiq prezidenti və hazırda müxalifətin lideri Mixeil Saakaşvili Ermənistan və Azərbaycan arasında sülh prosesinə dair diqqətçəkən açıqlama verib.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, o bildirib ki, hər iki ölkənin Rusiyanın təsirindən çıxması Gürcüstan üçün strateji üstünlükdür, lakin bu, hakimiyyətdə olan “Gürcü Arzusu” koalisiyası üçün əlverişli deyil:

 “Ermənistan və Azərbaycanın Rusiyanın təsirindən çıxması Gürcüstan üçün faydalıdır, ‘koche’lərə (kochebi — ‘Gürcü Arzusu’ tərəfdarları) isə zərərlidir. Biz ‘Gürcü Arzusunu’ Gürcüstandan nə qədər tez çıxarsaq, sülhü bir o qədər tez bərqərar edəcəyik.”

Bu açıqlama, Gürcüstan rəhbərliyindən Azərbaycan–Ermənistan sülh təşəbbüsünə dolayı dəstək xarakteri daşıyan nadir bəyanatlardan biri kimi qiymətləndirilir. Lakin Saakaşvili eyni zamanda hədəfi hakimiyyətdəki İvanişvili iqtidarına yönəldərək, “Gürcü Arzusu” koalisiyasını ölkənin strateji maraqlarına zidd hərəkət etməkdə ittiham edib.

Sabiq prezident hazırda həbsdədir və bütün siyasi mesajlarını buradan ötürür. Onun bu açıqlaması regiondakı geosiyasi dəyişikliklərin Gürcüstan siyasətinə təsiri fonunda mühüm siqnal kimi dəyərləndirilir.

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
2
mia.az

3Mənbələr