AZ

"Ermənistan və Azərbaycanın Rusiyanın təsirindən çıxması..." - Saakaşvili

Gürcüstanın sabiq prezidenti və hazırda müxalifətin lideri Mixeil Saakaşvili Ermənistan və Azərbaycan arasında sülh prosesinə dair diqqətçəkən açıqlama verib.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, o bildirib ki, hər iki ölkənin Rusiyanın təsirindən çıxması Gürcüstan üçün strateji üstünlükdür, lakin bu, hakimiyyətdə olan “Gürcü Arzusu” koalisiyası üçün əlverişli deyil:

 “Ermənistan və Azərbaycanın Rusiyanın təsirindən çıxması Gürcüstan üçün faydalıdır, ‘koche’lərə (kochebi — ‘Gürcü Arzusu’ tərəfdarları) isə zərərlidir. Biz ‘Gürcü Arzusunu’ Gürcüstandan nə qədər tez çıxarsaq, sülhü bir o qədər tez bərqərar edəcəyik.”

Seçilən
2
2
mia.az

3Mənbələr