AZ

Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib

Dövlət Ekoloji Ekspertiza Agentliyində ictimai dinləmə keçirilib.

"Report" xəbər verir ki, dinləmədə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasından irəli gələn məsələlərə uyğun olaraq tikilən Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun Fatmayı kəndi, Ceyranbatan qəsəbəsi və Xırdalan şəhərləri ərazisindən keçən hissəsinin inşası, Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi, Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisi məsələsi müzakirə edilib.

Birinci məsələ üzrə müzakirələrdə AAYDA-nın aparıcı mühəndisi Mehman Həsənov deyib ki, layihənin əsas məqsədi yol infrastrukturunu təkmilləşdirməklə nəqliyyat axınında mövcud sıxlığın qarşısını almaq, hərəkət təhlükəsizliyini artırmaq və eyni zamanda ətraf mühitin qorunmasına töhfə verməkdir:

"Layihənin məqsədi üzü Bilgəh, Nardaran istiqamətindən Pirşağı, Kürdəxanı, Fatmayı, Mehdiabad, Novxanı, Saray qəsəbələrini əhatə etməklə sıxlığı aradan qaldırmaqdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədri Amin Məmmədov qeyd edib ki, sözügedən ərazidə xeyli sayda ağac var: "Layihə ilə bağlı aidiyyəti ekspertlər müzakirələr aparır".

Dinləmədə, həmçinin Ələt Azad İqtisadi Zonası ərazisində Pirsaatçay çayının məcrasının tənzimlənməsi məsələsi də müzakirə edilib. ADSEA-nın Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun sədr müavini Məmməd Əsədov məlumat verib ki, ərazidə tikilən karqo hava limanının tikintisi ilə əlaqədar çayın məcarasının sözügedən zonadan kənarlaşdırılması nəzərdə tutulur:

"Çayın məcrası ərazidən 14 km məsafədə dəyişdiriləcək. İqlim dəyişikliyi ilə bağlı ərazidə hər hansı sel-daşqın hadisələrinin qarşısının alınması üçün tədbirlər nəzərdə tutulub".

Həmçinin tədbirdə Ələt-Astara avtomobil yolunun Ələt hava limanına dönən hissəsində yeni yol qovşağının tikintisinin xüsusi əhəmiyyətindən söz açılıb. Bildirilib ki, bu qovşaq Şimal–Cənub nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt–Astara marşrutu üzrə də xüsusi iqtisadi əhəmiyyət kəsb edir.

Yeni qovşağın tikintisi turizmi, kənd təsərrüfatını və ümumilikdə ticarəti canlandıracaq, çünki liman və sərhəd bölgələrinə çıxışı daha əlçatan edəcək Belə ki, bu qovşaq nəinki yol hərəkətini daha təhlükəsiz və effektiv edəcək, eyni zamanda Ələt–Astara yoluna qoşulan logistika dəhlizlərinin funksionallığını artıracaq, iqtisadi təsirləri gücləndirəcək, bütün istiqamətlərə çıxış imkanlarını daha əlçatan edəcək.

Müzakirələr eskpertlərin təklifləri və jurnalistləron sualları ilə davam etdirilib.

MƏLUMAT YENİLƏNİR

Seçilən
24
1
report.az

10Mənbələr