AZ

“Telegram” silinən kanalların sayına görə rekord vurdu


“Telegram” messenceri bu ilin əvvəlindən 20,9 milyondan çox kanalı bloklayıb ki, bu da platforma üçün mütləq rekorddur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat messencerin rəsmi saytında dərc edilmiş statistikada öz əksini tapıb.
Digər tərəfdən, iyulun 27-də messencer administrasiyası 402 mindən çox kanal və qrupu silib ki, bu da bir günlük ən yüksək göstəricidir.
Bu cür kütləvi bloklamanın konkret səbəbləri göstərilməsə də, adətən bu cür tədbirlər platformanın qaydalarını pozan, o cümlədən spam, fırıldaqçılıq və ya uyğun olmayan məzmunun yayılmasına yol verən kanal və qruplara tətbiq edilir.
Seçilən
12
1
yeniavaz.com

4Mənbələr