ain.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“Telegram” messenceri bu ilin əvvəlindən 20,9 milyondan çox kanalı bloklayıb ki, bu da platforma üçün mütləq rekorddur.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat messencerin rəsmi saytında dərc edilmiş statistikada öz əksini tapıb.
Digər tərəfdən, iyulun 27-də messencer administrasiyası 402 mindən çox kanal və qrupu silib ki, bu da bir günlük ən yüksək göstəricidir.
Bu cür kütləvi bloklamanın konkret səbəbləri göstərilməsə də, adətən bu cür tədbirlər platformanın qaydalarını pozan, o cümlədən spam, fırıldaqçılıq və ya uyğun olmayan məzmunun yayılmasına yol verən kanal və qruplara tətbiq edilir.
Qeyd edək ki, bir neçə gün əvvəl “Telegram”ın baş direktoru Pavel Durov da messencerin şantaj və doksinqlə məşğul olan kanalları blokladığını elan etmişdi.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.