AZ

“Geyimim kişiləri niyə narahat edir, anlamıram” - Nura Suri

Müğənni Nura Suri geyimini tənqid edən kişiləri qınayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə müğənni sosial media hesabında yazıb:

"Hər dəfə deyirəm ki, heç nəyə təəcüblənməyəcəyəm. Yenə də təəcüblənirəm insanların dərrakəsizliyinə, axmaqlığına. Beyin işlətməyən insanlardan zəhləm gedir. pizza sifarişi

Deməli, şəkil paylaşmışam səhnə aldığım məkandan. Geyimim səhnə üçün hazırlanıb. Ümumiyyətlə, feysbukda şəkil, video, klip nadir hallarda paylaşıram. Burada status yazmağa daha çox üstünlük verirəm.

Nə isə, şərhlərdə bir neçə “kişi” (feysbuk istifadəçisi) mənə yazılan xoş sözlərə ağızlarına gələni yazırlar. Əvvəlcə bir neçəsini sildim, sonra düşündüm ki, qalsın, başqaları da görsün, belələrini tanısın.

Mənim səhnə geyimim onları niyə narahat edir, anlamıram. Kişilərin utanmadan qadınların qeybətini açıq şəkildə etməsi, onların geyimini müzakirə etməsi ikrah hissi yaradır".


Telegram kanalımız
Seçilən
12
11
yenisabah.az

10Mənbələr