“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.
Apasport.az xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında komandanın məqsədini söyləyib: “Əsas məqsədimiz çempionatı stabil və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır.”
Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasının I turunda “Turan Tovuz”la qarşılaşacaq.
Serrano yenidən “Turan Tovuz”da
“Kəpəz”də yeni legioner - RƏSMİ
“Neftçi”də yeni əməkdaşlıq
Samir Abasov: “Adımız hədəfdir”
Cenk Sümer: “Çempionluğa namizədlərdən biriyik”