AZ

"İlk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq" - "İmişli"nin baş məşqçisi

“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaskilya deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında qarşıdakı hədəflərindən danışıb:
“Əsas məqsədimiz çempionatı sabit və problemsiz keçirmək və aşağı liqa zonasından uzaq qalmaqdı”.

Xatırladaq ki, "İmişli" Misli premyer-liqasının ilk turunda “Turan Tovuz”la qarşılaşacaq. Oyun avqustun 16-da Şamaxı şəhər stadionunda keçiriləcək.
Seçilən
16
4
football-plus.az

8Mənbələr