"Football-plus.az" xəbər verir ki, bu sözləri “İmişli”nin baş məşqçisi Jorj Kaskilya deyib.
O, klubun mətbuat xidmətinə açıqlamasında qarşıdakı hədəflərindən danışıb:
“Əsas məqsədimiz çempionatı sabit və problemsiz keçirmək və aşağı liqa zonasından uzaq qalmaqdı”.
Xatırladaq ki, "İmişli" Misli premyer-liqasının ilk turunda “Turan Tovuz”la qarşılaşacaq. Oyun avqustun 16-da Şamaxı şəhər stadionunda keçiriləcək.