ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Neftçi" klubunun heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib. Bu barədə Spor24.az-a "ağ-qaralar"a yaxın olan mənbədən məlumat verilib. Paytaxt təmsilçisi Kiprin "Apollon Limassol" komandasında çıxış edən Ali Youssefla maraqlanır. Klub rəhbərliyi 25 yaşlı oyunçunun hücum xəttini daha da gücləndirəcəyinə inanır. Qeyd edək ki, Ali Youssef İsveç və Tunis vətəndaşıdır. Onun "Apollon Limassol"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Mərkəz hücumçusu və vinger mövqeyində çıxış edə bilən futbolçu Tunis seçməsində dörd matçda meydanda olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.