"Neftçi" klubunun heyətinə qatmaq istədiyi daha bir futbolçunun adına aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Kiprin "Apollon Limassol" komandasında çıxış edən Ali Youssefla maraqlanır.
Qeyd edək ki, Ali Youssef İsveç və Tunis vətəndaşıdır. Onun "Apollon Limassol"la müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Mərkəz hücumçusu və vinger mövqeyində çıxış edə bilən futbolçu Tunis seçməsində dörd matçda meydanda olub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta