Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycanı təmsilçiləri pley-off mərhələsinə vəsiqə uğrunda yarışacaq.
Səfərdə “Levski”yə minimal hesabla uduzan “Sabah” Bakıda mərhələ adlamağa çalışacaq.
Qarşılaşma saat 20:00-da başlayacaq.
“Araz-Naxçıvan” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan Naxçıvan təmsilçisini səfərdə də çətin oyun gözləyir.
Bu görüş isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
14 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları