AZ

“Sabah” və “Araz-Naxçıvan” cavab matçına çıxır

Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

​​​​​​" Cebheinfo.az" xəbər verir ki, Azərbaycanı təmsilçiləri pley-off mərhələsinə vəsiqə uğrunda yarışacaq.

Səfərdə “Levski”yə minimal hesabla uduzan “Sabah” Bakıda mərhələ adlamağa çalışacaq. 

Qarşılaşma saat 20:00-da başlayacaq.

“Araz-Naxçıvan” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan Naxçıvan təmsilçisini səfərdə də çətin oyun gözləyir.

Bu görüş isə Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

20:00 “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan)

İlk oyun: 0:1

21:00 “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan)

İlk oyun: 4:0

Seçilən
4
5
cebheinfo.az

6Mənbələr