AZ

Fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarı yenidən dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi fəaliyyətini qanunsuz bərpa edən yanacaqdoldurma məntəqələrinin istismarını yenidən dayandırıb.

Bu barədə Far.Az-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən "Valeh" MMC-yə məxsus və fəaliyyətləri aşkar olunan nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılan yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.

Yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunan aktların nüsxəsi sahibkara təqdim edilib.

Seçilən
60
23
far.az

10Mənbələr