AZ

"20 Yanvar"da yolu zəbt edən "manatlıq avtobuslar"la bağlı tədbir görüldü

Ötən gün 20 Yanvar metrostansiyasına çatmamış 1 manatlıq mikroavtobusların üçüncü yol xəttini zəbt etməsi ilə bağlı görüntülər yayılmışdı.

Far.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. 

Məsələ iləəlaqədar Bakı Şəhər DYP İdarəsi Far.Az-ə açıqlama verib.

Qurumdan bildirilib ki, qeyd edilən ərazidə dayanma və durma qaydalarını pozaraq yolun buraxıcılıq qabiliyyətinin aşağı düşməsinə və sıxlığın yaranmasına şərait yardan mikroavtobus sürücüləri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.

Seçilən
42
37
far.az

10Mənbələr